18 May 2015 21:45
694
12 Punto 14 Punto 16 Punto 18 Punto

I Avropa Oyunlarının açılışında Gürcüstanın baş naziri İrakli Garibashvili də iştirak edəcək.

Bunu mayın 18-də SOCAR-ın Batumi nümayəndəliyinin açılışında baş nazirin özü deyib və bu məqsədlə iyunun 12-də Bakıya gələcəyini bildirib.

Gürcüstan Milli Olimpiya Komitəsinin I vitse-prezidenti Elguca Berishvili bildirib ki, I Avropa Oyunlarına prezident Georgi Margvelashvili də dəvət olunub.

I Avropa Oyunlarında Gürcüstanı 110-dək idmançı təmsil edəcək.


Müəllif: