Hüquqşünas Xalisə Şahverdi üzvü olduğu “125-lər” Siyasi Klubundan istefa verdiyini elan edib. Bu haqda hüquqşünas özünün facebook.com səhifəsində status yazıb.
Qeyd edib ki, onun mövqeyi ilə “125-lər” Siyasi Klubunun mövqeyi üst-üstə düşmədiyi səbəbindən bu qurumun sıralarını tərk edir.
Teleqraf.com qeyd edir ki, hüquqşünas istefasının səbəblərini geniş formada açıqlamayıb və “125-lər”ə uğurlar arzulayıb.
Qeyd edək ki, X. Şahverdi 2010-cu il parlament seçkilərində deputatlığa namizəd olub. Görünən budur ki, “125-lər” Siyasi Klubundan istefalar davam edəcək.
Cavidan