21 İyul 2015 17:55
844
12 Punto 14 Punto 16 Punto 18 Punto

BQP sədri, millət vəkili Fazil Qəzənfəroğlu barəsində yalan məlumatlar yayan xalqxeber.az saytını tənqid edib.

Teleqraf.com-un xəbərinə görə, deputat bu haqda sosial şəbəkədə məlumat yayıb: “İran keşfiyat orqanlarına bağlı saytlardan biri xalqxeber.az -dır. Yazır ki, Fazil Mustafa müsəlmanları təhqir etdi və cavabını aldı. Bir Allah şahididir ki, men ədəbsizlik etməyənə qədər kimsəni təhqir etmirəm, etsəm də əsasən düşmənlərimiz erməniləri edirəm. Demək ki, bu saytın rəhbərinin erməni-fars damarına toxunmuşam deyə, zavallı belə bir təbliğat aparır. Ola bilsin ki, mən müsəlman adı ilə ermənilərə dəstək verən kimlərisə təhqir etmişəm. Bu da, kiminsə qəlbinə dəyib. Bu adamlar çörəyimizi yeyə-yeyə düşmənlərimizin maraqları üçün çalışırlar. Bu saytla bağlı maraqlı mesajlarımız olacaq”.

Cavidan


Müəllif: