23 İyul 2015 17:32
767
12 Punto 14 Punto 16 Punto 18 Punto

ATƏT-in Serbiya sədrliyinin dəvəti ilə TürkPA-nın baş katibi Jandos Asanov ATƏT Daimi Şurasının iyulun 23-də keçirilən iclasında çıxış edib.

TürkPA-dan bildiriblər ki, J.Asanov Şura üzvlərini assambleyanın son fəaliyyətləri, gələcək məqsəd və vəzifələri haqqında məlumatlandırıb.

Daimi Şura ATƏT-in Vyanada yerləşən mənzil qərargahında müntəzəm olaraq toplanan, ATƏT məkanında baş verən məsələləri müzakirə edərək müvafiq qərarlar qəbul edən əsas qərarverici orqanlardan biridir.

Ənənəvi olaraq, ATƏT-in fəaliyyətdə olan sədrliyi ATƏT məkanında yerləşən regional təşkilatların təmsilçilərini Daimi Şurada çıxış etmək və onların fəaliyyətləri haqqında məlumat vermək üçün dəvət edir. TürkPA 2012-ci və 2013-cü illərdə də ATƏT sədrliyi tərəfindən dəvət olunub.

Səxavət


Müəllif: