3 May 2022 21:36
804
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Hislərimi sözlə ifadə edə bilmirəm. Sevincliyik".

Teleqraf.com xəbər verir ki, bunu "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov "Sabah"la 1:1 hesablı heç-heçə etdikləri Azərbaycan Premyer Liqasının XXV tur oyunundan sonra "CBC Sport"a açıqlamasında çempion olmaları barədə deyib.

50 yaşlı mütəxəssis Ağdam təmsilçisinin cari mövsüm titula layiq olduğunu bildirib: "İlk oyundan bu günədək eyni templə və istəklə davam etdik. Bu, mənim üçün çox vacib idi. Azarkeşlərimizi də çempionluq münasibəti ilə təbrik edirəm. Xoşbəxtəm. Hər şey əladır".


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər