20 Avqust 2023 22:43
846
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakıda keçirilən şahmat üzrə Dünya Kubokunda yarımfinal mərhələsinin cavab oyunları keçirilib.

Teleqraf.com xəbər verir ki, Azərbaycan təmsilçisi Nicat Abasov beşqat dünya çempionu, norveçli Maqnus Karlsenlə üz-üzə gəlib. İlk oyunda uduzan Nicata cavab oyununda mütləq qələbə lazım idi.

Ağ fiqurlarla mübarizə aparan Nicat Abasov Maqnus Karlsenlə heç-heçə oynayıb. Ümumi nəticə 0,5-1,5 hesabı ilə uduzan Nicat avqustun 22-də üçüncü yer uğrunda mübarizə aparacaq.

Qeyd edək ki, Dünya Kubokuna avqustun 24-də yekun vurulacaq


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər