10 Oktyabr 22:25
2 529
12 Punto 14 Punto 16 Punto 18 Punto

Sankt-Peterburqun "Zenit" klubu braziliyalı hücumçu Malkomun ödənişi ilə bağlı İdman Arbitraj Məhkəməsində (CAS) İspaniyanın "Barselona"a klubuna qarşı işi udub.

Teleqraf.com yerli mətbuata istinadən xəbər verir ki, bu barədə "Zenit" klubu məlumat yayıb.

Müqaviləyə əsasən, Malkomun Rusiya Premyer Liqasında müəyyən sayda oyun keçirməsi şərti ilə "Zenit" klubunun Çempionlar Liqasının qrup mərhələsinə düşəcəyi təqdirdə "Barselona"ya ödəniş etməli idi.

Ancaq Rusiya klublarının avrokuboklardan kənarlaşdırılmasından sonra Beynəlxalq Futbol Federasiyası “Zenit”i bu cür ödənişlərdən azad edən qətnamə dərc edib. “Barselona” bununla razılaşmayaraq CAS-a müraciət etsə də, məhkəmə Rusiya klubunun xeyrinə qərar verib.

Malkolm 2019-cu ildə "Barselona"dan "Zenit"Ə 45 milyon avroya transfer olub. 2023-cü ildə isə "Zenit" rəsmi olaraq Malkomun Səudiyyənin Əl-Hilal klubuna keçidini elan edib.


Müəllif: Arzu

Oxşar xəbərlər