25 Yanvar 09:54
12 Punto 14 Punto 16 Punto 18 Punto

İspaniyanın "Barselona" klubunda 2023/24 mövsümünün ən yaxşı futbolçusu seçilib.

Teleqraf.com klubun rəsmi saytına istinadən xəbər verir ki, bu ada Kataloniya təmsilçisinin futbolçusu Lamin Yamal layiq görülüb.

17 yaşlı cinah yarımmüdafiəçisi bu mükafatı ilk dəfə qazanır. Bu göstəricidə rekord hazırda ABŞ-nin "İnter Mayami"sində çıxış edən Lionel Messiyə məxsusdur. O, 6 dəfə mövsümün ən yaxşısı seçilib.

"Barselona"da qadınlar arasında 2023/24 mövsümünün ən yaxşı futbolçusu isə Aytana Bonmati olub.

Qeyd edək ki, Lamin Yamal ötən mövsüm ərzində meydana çıxdığı 50 oyunda 7 qol və eyni sayda məhsuldar ötürmə ilə yadda qalıb.


Müəllif: Royal Həsənov

Oxşar xəbərlər