26 Yanvar 17:57
12 Punto 14 Punto 16 Punto 18 Punto

Futbol üzrə Azərbaycan Premyer Liqasında XX turun daha bir oyunu keçirilib.

Teleqraf.com xəbər verir ki, "Liv Bona Dea Arena"da "Araz-Naxçıvan" və "Neftçi" komandaları üz-üzə gəlib. Baş hakim Rauf Cabbarovun idarə etdiyi görüş meydan sahiblərinin qələbəsi ilə yekunlaşıb - 2:1. Hesabı 29-cu dəqiqədə Vanderson Melo açıb. 64-cü dəqiqədə Ramon Maçado fərqi artıraraq, keçmiş komandasını məyus edib. Qonaqlar bu qollardan birinin əvəzini çıxa biliblər. 67-ci dəqiqədə Filip Ozobiç "Neftçi"nin təsəlli qolunu vurub.

Bununla da "Araz-Naxçıvan" 3 oyundan sonra qələbə qazanaraq, 2-ci pillədəki mövqeyini möhkəmlədib. Baş məşqçi Elmar Baxşıyevin komandasının hazırda 42 xalı var. Çempionatda 8-ci məğlubiyyətini alan "Neftçi" isə 18 xalla 7-ci pillədə qərarlaşıb.

Qeyd edək ki, turun əvvəlki oyunlarında "Zirə" səfərdə "Şamaxı"nı 2:1, "Səbail" evdə "Kəpəz"i 1:0 hesabı ilə yenib. "Sabah" - "Sumqayıt" matçı isə qolsuz yekunlaşıb - 0:0. Tura "Qarabağ" - "Turan Tovuz" görüşü ilə yekun vurulacaq.


Müəllif: Royal Həsənov

Oxşar xəbərlər