Futbol üzrə Azərbaycan Premyer Liqasında XX turun son oyunu keçirilib.
Teleqraf.com xəbər verir ki, Tofq Bəhramov adına Respublika stadionunda "Qarabağ" "Turan Tovuz"u qəbul edib. Baş hakim Cavid Cəlilovun idarə etdiyi qarşılaşma qonaq komandanın əzmkar qələbəsi ilə yekunlaşıb - 1:1.
Hesabı 7-ci dəqiqədə meydan sahiblərinin hücumçusu Musa Qurbanlı açıb. 89-cu dəqiqədə Kauan Martins bərabərlik topunu vurub. 90+4-cü dəqiqədə isə Otto Con "Turan Tovuz"a qələbə gətirən qolun müəllifi olub. Beləliklə, "Qarabağ" bu mövsüm üçüncü matçında da "Turan Tovuz"u məğlub edə bilməyib. Əvvəlki iki dövrənin oyunlarında Tovuz komandası Bakıda 1:0 hesablı qələbə, öz meydanında isə qolsuz heç-heçəyə nail olub.
"Turan Tovuz" bugünkü qalibiyyətlə həm də 3 oyunluq qələbə həsrətinə son qoyub. Hazırda Kurban Berdıyevin baş məşqçi olduğu kollektiv 35 xalla 4-cü pillədə qərarlaşıb. "Qarabağ" isə 50 xalla liderdir.
Qeyd edək ki, turun əvvəlki qarşılaşmalarında "Zirə" səfərdə "Şamaxı"ya 2:1, "Səbail" evdə "Kəpəz"ə 1:0, "Araz-Naxçıvan" "Neftçi"yə 2:1 hesabı ilə qalib gəlib. "Sabah" isə "Sumqayıt"la heç-heçə edib - 0:0.