Mikroneziya Federativ Ştatlarının futbol yığması FIFA-ya daxil olmaq üçün təşkilata müraciət edib.
Trend-in xarici mətbuata istinadən verdiyi məlumata əsasən, Mikroneziya FIFA-ya daxil olaraq texniki yardım almağa və ölkə futbolunun inkişafına nail olmaq istəyir.
Mikroneziya Sakit okean oyunlarında iştirak edərək 3 oyuna qapısından 114 top buraxıb.
Milli Taitidən 30, Ficidən 38, Vanuatudan isə 46 top buraxıb.
Mikroneziya əhalisinin sayı 106 mindir.