Almaniya kubokunda 2015/2016 mövsümün qalibi müəyyənləşib.
Qol.az-ın məlumatına görə, həlledici oyunda "Bavariya" və "Borussiya" (Dortmund) klubları qarşılaşıb.
Berlin olimpiya stadionunda keçirilən görüşdə 90 dəqiqə ərzində qapılara qol vurulmayıb. Əlavə vaxtda da qol olmayınca, qalibə penaltilər seriyasında aydınlıq gəlib. Burada daha dəqiq oynayan (4:3) "Bavariya" kuboka sahib çıxıb.
Qeyd edək ki, bu oyun Pep Qvardiolanın "Bavariya"da son matçı olub. İspaniyalı mütəxəssis yeni mövsümdən İngiltərənin "Mançester Siti" klubunu çalışdıracaq.
21 may
Almaniya kuboku, final
"Bavariya" - "Borussiya" (Dortmund) - 0:0 (Penaltilər seriyası - 4:3)