19 Noyabr 2016 17:53
550
12 Punto 14 Punto 16 Punto 18 Punto

İran Neft İxrac Edən Ölkələr Təşkilatının (OPEC) Vyana sammitində neft hasilatının məhdudlaşdırılmasına dair sazişin imzalanacağına ümidvardır.

Teleqraf.com “Mehr” agentliyinə istinadla xəbər verir ki, bu sözləri İranın neft naziri Bijən Namidar Zəncənə OPEC-in baş katibi Məhəmməd Barkindo ilə görüşdən sonra deyib.

İranın neft naziri qeyd edib ki, sazişin bağlanması üzrə ehtimallar böyükdür.

Məhəmməd Barkindo da nikbin danışıb: “Ehtimal ki, noyabr görüşündə OPEC-ə üzv ölkələrin neft və energetika nazirləri razılığa gələcəklər. Düşünürəm ki, neft bazarında vəziyyət daha da yaxşılaşacaq”

Qeyd edək ki, sentyabrın sonunda OPEC-in Əlcəzairdəki qeyri-rəsmi görüşündə neft hasilatının sutkada 32,5-33 milyon barrel səviyyəsində məhdudlaşdırılması üzrə ilkin razılığa gəlinib.

OPEC ölkələrinin sammiti noyabrın 30-da Avstriyanın paytaxtı Vyanada keçiriləcək.


Müəllif: