"Azərbaycan Beynəlxalq Bankı" ASC-nin səhmdarlarının növbədənkənar ümumi yığıncağı yanvarın 10-da keçiriləcək.
Bu barədə Teleqraf.com-a bankdan məlumat verilib.
Yığıncağın gündəliyinə bankın İdarə Heyətinin sədri Elmar Məmməd oğlu Məmmədovun tutduğu vəzifədən azad edilməsi və "Azərbaycan Beynəlxalq Bankı" ASC-nin İdarə Heyəti sədrinin təyin edilməsi məsələləri daxil edilib.