3 Fevral 2017 12:17
840
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu il fevralın 1-nə Azərbaycanın qızıl ehtiyatı 22 ton təşkil edib.

“Report” Ümumdünya Qızıl Şurasına (WGC) istinadən xəbər verir ki, bu, yanvarın 1-i ilə müqayisədə ehtiyatların eyni səviyyədə qalması deməkdir.

Lakin qızılın ümumi valyuta ehtiyatlarındakı payı 0,3 faiz bənd azalıb. Hazırda Azərbaycanın qızıl ehtiyatları onun ümumi beynəlxalq ehtiyatlarının 12,5%-ni təşkil edir və bu göstəriciyə görə ölkə dünya miqyasında 60-cı yerdə qərarlaşıb.

Bir qədər əvvəl Beynəlxalq Valyuta Fondu (IMF) bəyan edib ki, Azərbaycan ötən ilin oktyabr ayında 4,2 ton qızıl satıb. Bu, ölkənin ümumi valyuta ehtiyatlarının 14,39%-i qədər olub.

Azərbaycan Dövlət Neft Fondunun (ARDNF) hesabatına əsasən, sentyabrda Azərbaycanın qızıl ehtiyatlarının həcmi 30,17 ton olub. IMF isə bu rəqəmin 29,182 ton olduğunu bəyan edib.

WGC-nin ötən il üzrə açıqladığı hesabata görə, Azərbaycan qızıl ehtiyatlarını azaldan ölkələr sırasındadır. Bu siyahıda Azərbaycanla yanaşı Venesuela, Argentina və İordaniya da var.


Müəllif:

Oxşar xəbərlər