7 Fevral 2017 01:24
555
12 Punto 14 Punto 16 Punto 18 Punto

Paytaxt bazarlarında satılan yumurtanın qiymətində ucuzlaşma müşahidə olunur.

Xəzər xəbər məlumat verir ki, əvvəllər 18- 20 qəpiyə satılan broyler yumurtası indi 13-15 qəpiyə təklif olunur.

Satıcıların da dediklərindən məlum olur ki, qiymət endirimini hər şirkət fərqli həyata keçirib. Yəni şirkətlərdən bəzisi 3 qəpik endirim etdiyi halda, bir qisim şirkətlərin istehsal etdiyi yumurta 5 qəpik ucuzlaşıb. Hətta bazarda 10 qəpiyə də yumurtaya rast gəlmək mümkündür. Bəs bu fərq nədən yaranır?

Respublika Quşçuluq Cəmiyyətinin sədri Aydın Vəliyev deyir ki, qiymətləri bazar və şirkətlər özü tənzimləyir. Ona görə də fərqlərin olması normalıdı. O ki qaldı ucuzlaşmanın səbəbinə, bu, istrehsalın artması ilə əlaqədardır. Bayramqabağı tələbatın artması fonunda qiymətlərin əvvəlki səviyyəyə qayıtması da istisna olunmur.

Ucuzlaşma kənd yumurtasına da sirayət edib. Belə ki, bir neçə gün əvvəl 25 qəpiyə satılan kənd yumurtası indi 18 qəpikdən təklif olunur. Amma toyuq ətində ucuzlaşma qeydə alınmayıb.

Respublika Quşçuluq Cəmiyyətinin sədri Aydın Vəliyev deyir ki, hələlik toyuq ətinində qiymət dəyişikliyi gözlənilmir.


Müəllif: