27 Mart 2017 18:01
545
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dünya birjalarında neftin ucuzlaşması davam edir.

"APA-Economics" xəbər verir ki, Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti 1 barelə görə 0,4 dollar və ya 0,83% azalaraq 47,57 dollar təşkil edib.

ICE London qitələrarası birjasında Brent markalı neftin 1 barelinin dəyəri isə 0,27 dollar və ya 0,53% azalaraq 50,53 dollar olub.

Dünən "Baker Hughes" şirkəti bəyan edib ki, ötən həftə ərzində ABŞ-da quraşdırılan neft buruqlarının sayı 21 ədəd artaraq 652-yə çatıb. Bu isə 2015-ci ilin sentyabr ayının 11-dən etibarən ən yüksək göstəricidir.

Bununla yanaşı, ABŞ-da sutkalıq neft hasilatı 9,1 mln. barelə çatıb ki, bu da ötən ilin fevral ayında qeydə alınan rekord göstəriciyə bərabərdir.


Müəllif: