Teleqraf.com-un məlumatına görə, bu barədə Maliyyə Bazarlarına Nəzarət Palatasının (MBNP) yaydığı açıqlamada bildirilir.
Məlumatda deyilir ki, bununla əlaqədar yarışların dövründə ödəniş kartı infrastrukturunun davamlı fəaliyyətinin təmin olunması məqsədilə profilaktik tədbirlərin keçirilməməsi və sistem yeniliklərinin aparılmaması banklara tövsiyə olunub. Eyni zamanda Palatanın tövsiyəsi ilə idman komplekslərində və ətraf ərazilərdə, habelə şəhər mərkəzində yerləşən təsərrüfat subyektlərində quraşdırılmış POS-terminalların daim işlək vəziyyətdə olması və bankomat şəbəkəsinin nağd pul vəsaitləri ilə təchiz edilməsi banklar tərəfindən mütəmadi qaydada monitorinq olunacaq.