Dünya birjalarında neft ucuzlaşıb.
Teleqraf.com xəbər verir ki, Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti 1 barrelə görə 0,2 dollar ucuzlaşaraq 44,42 dollar təşkil edib.
ICE London qitələrarası birjasında Brent markalı neftin 1 barrelinin dəyəri də 0,2 dollar azalaraq 46,92 dollar olub.
Azərbaycan nefti isə bahalaşıb.
Azərbaycanın dünya bazarına çıxararaq satdığı "Azəri Layt" markalı xam neftin 1 barrelinin qiyməti isə 0,34 dollar və ya 0,72% artaraq 47,59 dollar olub.