25 İyul 2017 09:37
826
12 Punto 14 Punto 16 Punto 18 Punto

08:05

Dünya birjalarında neft bahalaşıb.​

Teleqraf.com xəbər verir ki, İCE London birjasında “Brent” markalı neft 0,76 dollar artaraq barreli 48,89 dollar olub.

VTI markalı neft isə 0,85 dollar bahalaşaraq barreli 46,63 dollardan satılıb.

Azərbaycanın yüngül neftinin qiyməti iyulun 21-də 49,45 dollar/barel olub. Bu da cümə gününə olan göstəricidən 0,83 dollar/barel azdır.

FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti iyulun 21-də 48,87 dollar/barel təşkil edib ki, bu da əvvəlki qiymətdən 0,83 dollar/barel azdır.


Müəllif: Teleqraf.com