Azərbaycan Mərkəzi Bankı 16 noyabr tarixinə valyuta məzənnələrini açıqlayıb.
Mərkəzi Bankdan Teleqraf.com-a verilən məlumata görə, noyabrın 16-na olan rəsmi məzənnələr bülleteninə əsasən, ABŞ dollarının rəsmi məzənnəsi 1,7002 manat təşkil edir.
Manata nəzərən avronun məzənnəsi 2,0022 manat təşkil edir.
1 türk lirəsi 0,4378 manat, 1 rus rublu 0,0282 manat, 1 İran rialı 0,0043 manat, 1 gürcü larisi isə 0,6285 manatdır.