Sığorta bazarının 2017-ci ilin yanvar-dekabr ayları üzrə göstəriciləri açıqlanıb.
Ötən ilin yanvar-dekabr ayları ərzində Azərbaycanda fəaliyyət göstərən 21 sığorta şirkəti tərəfindən 556,866,578 milyon manat sığorta haqqı toplanıb.
Maliyyə Bazarına Nəzarət Palatasından Teleqraf.com-a verilən məlumata görə, həmin dövr ərzində sığorta şirkətləri tərəfindən həyata keçirilən ödənişlərin həcmi isə 257,109,597 milyon manat təşkil edib.
2017-ci il ərzində sığorta bazarında toplanmış hər 100 manat sığorta haqqının 46.2 manatı sığorta hadisələrinin ödənişinə yönəldilib. Qeyd edək ki, 2016-cı ilin müvafiq dövründə bu göstərici 48.8 manat olub.
Könüllü sığorta bazarı üzrə haqlar 375 milyon 231 min manat, bu sığorta növləri üzrə ödənişlər isə 199 milyon 425 min manata yaxın məbləğ təşkil edib.
2017-ci ilin müvafiq dövrü ərzində sektor üzrə məcmu sığorta haqlarının 67.4% könüllü, 32.6% icbari sığorta növlərinin payına düşüb. Sığorta ödənişlərinin isə 77.6% könüllü, 22.4% icbari sığorta növlərinin payına düşüb.