Dünya birjalarında neftin qiyməti dəyişib.
Teleqraf.com xəbər verir ki, Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti 1 barrelə görə 63,05 dollar təşkil edib.
ICE London qitələrarası birjasında Brent markalı neftin 1 barrelinin dəyəri isə 67,72 dollar təşkil edib.