8 Sentyabr 2014 17:41
825
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Azərbaycanda fəaliyyət göstərən mobil operatorlar məlumatlarını “Elektron-hökumət” portalına daxil etməkdə maraqlıdır. Hazırda bununla bağlı Məlumat Hesablama Mərkəzi (MHM) ilə mobil operatorlar arasında danışıqlar gedir”.

Bunu APA TV-də efir gedən “Sosium” verilişinin qonağı olan MHM-nin direktoru Nail Mərdanov bildirib.

“Mobil nömrələrin satışı və sənədləşdirilməsi prosesi “Elektron hökumət” portalı üzərindən həyata keçiriləcək. Vətəndaşlar portala daxil olacaq və bu əməliyyatı onlayn şəkildə yerinə yetirə biləcəklər. Məsələn, mobil operatorla müqavilə bağlamaq və ya mobil nömrə almaq üçün diller mərkəzinə yollanmağa ehtiyac qalmayacaq”, - deyə o qeyd edib.


Müəllif:

Oxşar xəbərlər