Bakıda “Avtomobil yanacağı standartlarının uyğunlaşdırılması və sınaq təcrübələri” mövzusunda Moldava mütəxəsisslərinin iştirakı ilə tədbir keçirilib.
Teleqraf.com xəbər verir ki, tədbirdə çıxış edən Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin Aparat rəhbəri Elçin Quliyev bildirib ki, son dövrlərdə aparılmış iqtisadi və sosial islahatlar nəticəsində ölkəmizdə bütün səhələrdə olduğu kimi keyfiyyət infrastrukturunun da müasir səviyyədə inkişafı təmin edilərək, neft gəlirlərinin qeyri-neft sektoruna yönəldilməsi ilə bu sahənin inkişafında da ciddi nailiyyətlər qazanılıb.
Bu islahatların təməlində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən aparılan uğurlu siyasət modelinin durduğunu qeyd edən Elçin Quliyev keyfiyyət infrastrukturunun müasir tələblər əsasında qurulmasının rəqabətədavamlı özəl sektorun formalaşmasında və davamlı iqtisadi inkişafın dəstəklənməsində başlıca rol oynadığını deyib.
Tədbirin məqsədlərindən danışan Aparat rəhbəri avtomobil yanacağı sahəsində standartların uyğunlaşdırılması və avtomobil yanacağının sınaq təcrübəsinə dair Azərbaycan və Moldovada mövcud vəziyyətlə bağlı fikir mübadiləsi aparmağın vacibliyini qeyd edib.
Komitənin Təcrübə-Sınaq Mərkəzinin (AzTEST) direktoru Mahmud Qubatov ölkədə neft məhsullarının keyfiyyətinin yüksəldilməsi və bu sahədə görülmüş ardıcıl işlər barədə məlumat verib. O bildirib ki, artıq 2012-ci ildən AzTEST-in nəzdində müasir avadanlıqlarla təchiz olunmuş Neft-qaz və neft-kimya məhsullarının sınaq laboratoriyası fəaliyyət göstərir. Bu laboratoriya neft-qaz və neft-kimya məhsullarının həm fiziki, həmdə kimyəvi parametrlərini müəyyən edir.
Tədbirdə Moldova Respublikası tərəfindən Moldova Respublikasının İqtisadiyyat Nazirliyi nəzdində dövlət müəssisəsi olan Sənaye Təhlükəsizliyi və Sertifikatlaşdırma üzrə Texniki Mərkəzin və həmin Mərkəzin Elmi tədqiqatlar və reaktivlərin və neft məhsullarının sınağı laboratoriyasının mütəxəssisləri iştirak edib.
Tədbirdə laboratoriya təhlillərinin aparılması təcrübəsi, kadrların təlimi, avtomobil yanacağının sertifikatlaşdırılması və bu sahədə mövcud standartlar, Moldova Respublikasında avtomobil yanacağının sınağının keçirilmə təcrübəsi və s. məsələlər müzakirə olunub.
İlhamə