2 Oktyabr 2014 18:39
821
12 Punto 14 Punto 16 Punto 18 Punto

Böyük Britaniyanın Ticarət və İnvestisiya Departamentinin beynəlxalq ticarət müşaviri Mark Hiqinsin başçılıq etdiyi nümayəndə heyəti Azərbaycanda səfərdədir. Səfər çərçivəsində İqtisadiyyat və Sənaye Nazirliyinin dəstəyi və Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) təşkilatçılığı ilə Azərbaycan-Böyük Britaniya biznes forumu keçirilib. Tədbirdə hər iki tərəfdən rəsmi şəxslərlə yanaşı, sənaye, təhsil, kommunikasiya, konsaltinq və digər sahələrdə fəaliyyət göstərən 60-dan çox iş adamı iştirak edib.

AZPROMO-nun rəhbəri Rüfət Məmmədov iştirakçılara Azərbaycan iqtisadiyyatı, Böyük Britaniya ilə ticarət-iqtisadi əlaqələrinə dair məlumat verib. Qeyd edilib ki, dayanıqlı iqtisadi inkişaf ölkəmizi xarici investora çevirib

Rüfət Məmmədov Böyük Britaniya iş adamlarını yaradılmış əlverişli biznes və investisiya mühitindən yararlanmağa, Azərbaycan sahibkarları ilə fəal əməkdaşlığa dəvət edib.

Böyük Britaniyanın Ticarət və İnvestisiya Departamentinin beynəlxalq ticarət müşaviri Mark Hiqins Böyük Britaniya iqtisadiyyatı barədə məlumat verərək, iş adamları arasında keçirilən görüşlərin və biznes forumların əhəmiyyətini qeyd edib.

Biznes forumda AZPROMO-nun nümayəndəsi Azərbaycanın biznes mühiti və investisiya imkanlarına, britaniyalı iş adamları isə təmsil etdikləri şirkətlərin fəaliyyətinə dair təqdimatlarla çıxış ediblər. Biznes forum iş adamları arasında əməkdaşlıq imkanlarının müzakirə edildiyi ikitərəfli görüşlərlə davam etdirilib.

Naibə


Müəllif:

Oxşar xəbərlər