9 İyun 2020 17:28
779
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Honda Motor Co.” avtomobil şirkəti istehsalını qismən dayandırıb.

Teleqraf.com xəbər verir ki, şirkətdən verilən açıqlamada dünyada avtomobil və motosiklet istehsalının kiberhücum səbəbindən dayandırıldığı deyilir.

“Honda”nın sözçüsü bildirib ki, şirkət serverlərinin “ransomware” ziyanverici proqramla zədələndiyi düşünülür.

Şirkət qlobal istehsala təsir edən şübhəli hücum səbəbindən keyfiyyətinə nəzarət sistemlərini zədələnməkdən qorumaq istəyən bəzi zavodlarında istehsalı dayandırıb.

Ziyanverici proqramın istehsal sistemlərində kəsilməsi ilə mərkəzi müəssisə olan ABŞ-ın Ohayo ştatı da da daxil Türkiyə, Hindistan və Braziliyadakı zavodlarda istehsala fasilə verilib.


Müəllif: Yeganə Oqtayqızı

Oxşar xəbərlər