8 Oktyabr 2014 21:06
982
12 Punto 14 Punto 16 Punto 18 Punto

Nazirlər Kabineti Energetika Nazirliyinin Kollegiyasının tərkibi haqqında qərar verib.


Teleqraf.com-un məlumatına görə, qərara əsasən Energetika Nazirliyinin Kollegiya üzvlərinin sayı 9 nəfərdən ibarət müəyyənləşdirilib.

Kollegiyanın sədri energetika naziri Natiq Əliyev, Kollegiyanın üzvləri energetika nazirinin müavinləri Gülməmməd Cavadov və Natiq Abbasov, Energetika Nazirliyinin Dövlət Enerji Nəzarəti İdarəsinin rəisi Pərviz Məmmədov, Energetika Nazirliyinin Dövlət Qaz Nəzarəti İdarəsinin rəisi Asif Zeynalov, nazirliyin Aparat rəhbəri İftixar Hüseynov, nazirliyin hüquqi münasibətlər şöbəsinin müdiri İbrahim Ağayev, nazirliyin dövlət proqramlarının hazırlanması və icrasına nəzarət şöbəsinin müdiri Məhəmməd Məmmədov, nazirliyin enerji səmərəliliyi, alternativ və bərpa olunan enerji mənbələri şöbəsinin müdiri Xalidə Məsimovadır.


Müəllif: