14 Avqust 2020 20:11
1 036
12 Punto 14 Punto 16 Punto 18 Punto

Avqustun 14-də Azərbaycan İnvestisiya Holdinqinin (AİH) Müşahidə Şurasının sədri, Baş nazir Əli Əsədovun rəhbərliyi və Şura üzvləri - Azərbaycan Respublikası Prezidentinin köməkçiləri Şahmar Mövsümov, Natiq Əmirov, iqtisadiyyat naziri Mikayıl Cabbarov və maliyyə naziri Samir Şərifovun iştirakı ilə ilk iclası keçirilib.

Teleqraf.com xəbər verir ki, Müşahidə Şurasının sədri və üzvləri göstərilən etimada görə Prezident İlham Əliyevə öz minnətdarlıqlarını bildiriblər.

Video müşavirədə Azərbaycan Respublikası Prezidentinin Fərmanından irəli gələn tapşırıqlar - korporativ idarəetmənin təşkili, səmərəli və şəffaf fəaliyyət, maliyyə sağlamlığının gücləndirilməsi, dayanıqlı inkişafın təmini və bəzi təşkilati məsələlər müzakirə olunub. Verilən tapşırıqların vaxtında və tam həcmdə icra olunması əsas tələb kimi qoyulub.

İqtisadiyyat naziri Mikayıl Cabbarov AİH-nin təşkilati məsələləri və funksional fəaliyyət istiqamətləri barədə çıxış edib.

Müşahidə Şurasının sədri AİH-nin fəaliyyətinin tezliklə təmin olunması üçün görüləcək tədbirlərlə bağlı tapşırıqlar verib.

Qeyd edək ki, AİH Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 7 avqust 2020-ci il tarixli Fərmanı ilə yaradılıb.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər