6 Oktyabr 2020 16:39
9 665
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Fitch" beynəlxalq reytinq agentliyi Ermənistanın uzunmüddətli xarici valyutada kredit reytinqini “BB-" dən "B +" yə endirib.

Teleqraf.com xəbər verir ki, agentlik ölkənin reytinq proqnozunu "sabit" səviyyədə saxlayıb.

"Fitch" qeyd edib ki, Ermənistandakı iqtisadi daralma bu ilin birinci yarısında gözləniləndən daha kəskin olub. Buna səbəb dövlət borcunun artması göstərilir. Ölkənin dövlət borcunun qarşıdakı dövrdə gözləniləndən çox artacağı bildirilib. Açıqlamada “Ermənistanın borc səviyyəsinin orta müddətdə açıq şəkildə azalacağına inamımız yoxdur” ifadələrinə də yer verilib.

Ermənistanın dövlət borcunun ümumi daxili məhsula (ÜDM) nisbəti isə bu ilin sonuna qədər 63.9 səviyyəsinə çatacağı gözlənilir.

Agentlik bəyan edir ki, Dağlıq Qarabağdakı gərginlik artmağa davam edərsə, proseslər ölkə iqtisadiyyatına mənfi təsir göstərəcək. "B" kredit reytinqi ilə qiymətləndirilən ölkələrin bu il orta hesabla 4.8 faiz azalacağı gözlənilir, ancaq Ermənistanda bu ortalama 6.2 faizlə daha sərt bir daralmanın nəzərdə tutulduğu proqnozlaşdırılır.


Müəllif: Yeganə Oqtayqızı