“Yeni növ koronavirusa ( COVID-19 ) qarşı hazırlanan potensial peyvəndlər qlobal iqtisadiyyatın daha sürətli bərpasına kömək edəcək”.
Telqraf.com xəbər verir ki, bunu İngiltərə Bankının ( BoE ) prezidenti Andre Bailey deyib.
Bailey son zamanlarda sürətləndirilmiş peyvənd tədqiqatlarının mümkün iqtisadi təsirlərini qiymətləndirib: "Peyvənd nə qədər tez ərsəyə gətirilsə, iqtisadiyyat üçün bir o qədər müsbət nəticəsi olar. COVID-19-dan çıxış yolunun tapılması ilə daha çox müəssisə maddi cəhətdən özünü saxlaya bilər. Epidemiya müddətinin azalması ilə əks halda ayaqda qalmağı bacarmayan şirkətlər özünü qoruya bilər”.
Bailey peyvəndin tətbiqi ilə insanların iş tərzi və alış-veriş seçimləri kimi uzunmüddətli iqtisadi struktur dəyişikliklərinin nə dərəcədə sabit olacağının ortaya çıxacağını da bildirib: “Peyvəndlərin sınaq müddətlərinin tamamlanması və tətbiqi üçün daha çox vaxt lazım olacaq, bu səbəbdən ehtiyatlı olmaqda fayda var”.
Qeyd edək ki, İngiltərə iqtisadiyyatı bu ilin üçüncü rübündə 15,5 faiz böyüyüb. Digər tərəfdən, ölkə iqtisadiyyatının həcmi hələ epidemiyadan əvvəlki ilə nisbətən 8,2 faiz kiçilib. İngiltərədə işsizlik sentyabr ayından etibarən 4,5 faizdən 4,8 faizə yüksəlib, ümumilikdə 243 min nəfər iş yerini itirib.