13 Noyabr 2020 22:26
610
12 Punto 14 Punto 16 Punto 18 Punto

İnkişaf etməkdə olan ölkələrdə (G20) iqtisadiyyat bu il 3,8 faiz nisbətində azalacaq, 2021-ci ildə 4,9 faiz, 2022-ci ildə isə 3,8 faiz artacaq.

Teleqraf.com xəbər verir ki, bunu beynəlxalq kredit reytinq agentliyi “Moody's” proqnozlaşdırır.

Qeyd edək ki, “Moody's”un avqust ayındakı təxminlərinə görə, G20 iqtisadiyyatları bu il 4,6 faiz azalacaqdı. 2021-ci ildə isə 5,3 faiz böyümə gözlənilir.

İqtisadi bərpa qlobal səviyyədə irəliləsə də, lakin kövrək olmağa davam edəcək. G-20 ölkələrinin bu il ciddi istehsal itkiləri yaşadığı da vurğulanıb. Açıqlamada bəzi iqtisadiyyatlardakı daralmanın digərlərinə nisbətən daha şiddətli olduğuna da diqqət çəkilib. Bəyanatda bərpa sürətinin ölkələr arasında fərqli olacağı deyilir.

“Yeni ortaya çıxan qlobal iqtisadi bərpa ABŞ və Avropada artan COVID-19 epidemiyasının təhdidi altındadır. İqtisadi bərpa ilə bağlı qeyri-müəyyənliklər var. İqtisadi canlanma peyvəndin tapılmasına, epidemiyanın təsirlərinin idarə edilməsinə və hökumətlərin siyasət dəstəyinə bağlıdır. Ümumiyyətlə, yeni virus dalğası səbəbindən axsayan ölkələrdə davamlı iqtisadi bərpa mümkün deyil".

ABŞ iqtisadiyyatı üçün 3,6 faiz daralma

Açıqlamada inkişaf etmiş ölkələrin (G20) iqtisadiyyatlarının bu il 5,1 faiz azalacağı, 2021-ci ildə 4,2 faiz, 2022-ci ildə 3,3 faiz böyüyəcəyi proqnozlaşdırılıb.

İnkişaf etməkdə olan ölkələrin isə bu il 1,6 faiz nisbətində daralması gözlənilir. Bu ölkələrin gələn il 6,1 faiz, 2022-ci ildə 4,7 faiz böyüyəcəyi təxmin edilir.

Ölkələrin iqtisadi böyümə proqnozlarını da əhatə edən açıqlamada ABŞ iqtisadiyyatının bu il 3,6 faiz azalacağı, 2021-ci ildə 4,2 faiz, 2022-ci ildə 3,9 faiz böyüməsi gözlənildiyi qeyd edilib.

Avro zona üçün 7,7 faiz daralma proqnozu

Avro zona iqtisadiyyatının bu il 7,7 faiz azalacağı, 2021-ci ildə 4,7 faiz, 2022-ci ildə 3 faiz artacağı təxmin edildi.

2020-ci ildə Almaniyada 5 faiz, Fransada 10,2 faiz, İngiltərədə 10,7 faiz, İtaliyada 9 faiz nisbətində iqtisadi azalmanın olacağı gözlənilir.


Müəllif: Yeganə Oqtayqızı