27 Noyabr 2020 18:29
669
12 Punto 14 Punto 16 Punto 18 Punto

Səudiyyə Ərəbistanı və Rusiya OPEC + ölkələrini şənbə günü sürpriz bir görüşə çağırıblar.

Teleqraf.com xəbər verir ki, Rusiyanın Energetika naziri Aleksandr Novak və Səudiyyə Ərəbistanın Enerji naziri Əbdüləziz bin Salman qeyri-rəsmi bir video konfransla OPEC+ Nazirlərin Birgə Monitorinq Komitəsinin (JMMC) toplanmasını istəyib.

Əvvəllər planlaşdırılmamış görüş toplantıdan iki gün əvvəl baş tutacaq, burada OPEC + hasilatın azaldılması ilə bağlı qərar verəcək.

OPEC + i izləyənlərin böyük əksəriyyəti koalisiyanın istehsalın bərpasını təxirə salacağını düşünür, lakin İraq, Nigeriya və Birləşmiş Ərəb Əmirliklərinin etirazları səbəbindən qərar qeyri-müəyyən olaraq qalır.


Müəllif: Yeganə Oqtayqızı

Oxşar xəbərlər