ABŞ-da Co Baydenin prezidentliyi dövrü yaxınlaşdıqca İran yeni dövrə hazırlaşır.
Teleqraf.com xəbər verir ki, yeni dövrdə tətbiq olunan sanksiyaların azaldılacağı gözləntisi ilə ölkə neft hasilatını artırmağı planlaşdırır.
İran Prezidenti Həsən Ruhani ölkəsinin neft istehsalını sürətlə artırmağa hazır olduğunu deyib:
“Tehran yaxın 3 ay ərzində mövcud gücü daxilində kəşfiyyat və hasilat üçün neft avadanlığı hazırlayacaq. 2015-ci ildəki nüvə razılaşmasından sonra ölkənin neft ixracatını gündə 2 milyon barelə çatdırdıq və bundan sonra da neft istehsalını sürətlə artırmağa hazırıq”.
Qeyd edək ki, ABŞ Prezidenti Donald Tramp 2018-ci ilin mayında İranla nüvə anlaşmasından çıxdı və İrana qarşı yeni sanksiyalar elan etdi. Bu sanksiyaların təsiri ilə 2017-ci ildə gündəlik 2,6 milyon barel olan neft ixracatı 133 min barelə düşdü. İranın bütün neft ixracatı Çinə edilir.