11 Dekabr 2020 14:04
933
12 Punto 14 Punto 16 Punto 18 Punto

Cari ildə dünyanın ən böyük avtomobil bazarı olan Çində 25 milyon avtomobil satılıb.

Teleqraf.com xəbər verir ki, məlumatı Çin Avtomobil İstehsalçıları Birliyi (CAAM) açıqlayıb.

CAAM bu il 20 milyon minik avtomobili və 5 milyon ticarət vasitəsinin satıldığını bildirib. CAAM avtomobil satışının2025-ci ilə qədər tədricən 30 milyon ədədə çatdırmağı proqnozlaşdırır.

2019-cu ildə Çində 25,77 milyon avtomobil satılıb.

Çinin Sənaye və İnformasiya Texnologiyaları naziri Bai Hua isə bu il 1,3 milyon ədəd yeni enerji avtomobili satmağı planladıqlarını bəyan edib.

Keçən il 1,2 milyon ədəd yeni enerji avtomobili satılıb.


Müəllif: Yeganə Oqtayqızı