30 Dekabr 2020 09:47
386
12 Punto 14 Punto 16 Punto 18 Punto

2020-ci ilin yanvar-noyabr aylarında Azərbaycan 12,278 milyard kubmetrdən çox təbii qaz ixrac edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 17,3 faiz çoxdur.

Teleqraf.com bu barədə Dövlət Gömrük Komitəsinin hesabatına istinadən məlumat verir.

Hesabata əsasən, yanvar-noyabr aylarında ixrac olunan təbii qazın ümumi məbləği 2,178 milyard dollara yaxın olub. Bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 4,8 faiz artıb.

Hesabat dövründə təbii qaz ixracı ölkənin ümumi ixracının 16,68 faizini təşkil edib.

Qeyd edək ki, 2019-cu il ərzində Azərbaycan təxminən 2,4 milyard dollar məbləğində 16,3 milyard kubmetr qaz ixrac etmişdi.


Müəllif: Teleqraf.com