Avropa Birliyinin sammiti Avropa Komissiyasının 2015-2017-ci illərdə 300 milyard avroluq investisiya fondunun yaradılması üzrə iqtisadi təşəbbüsünü dəstəkləyib.
Teleqraf.com-un İTAR TASS agentliyinə istinadən məlumatına görə, bu barədə Avropa Şurasının sədri Herman Van Rompey Avropa Birliyinin sammitinin yekun mətbuat konfransında bildirib.
Onun sözlərinə görə, bu vəsait Avropa iqtisadiyyatının yenidən dirçəldilməsi üçün nəzərdə tutulacaq. Rompey qeyd edib ki, iqtisadiyyadın hazırkı vəziyyəti Avropa liderlərinin qiymətləndirmələrinə görə, "məyusluğa səbəb olur".
"İqtisadi artım və məşğulluğun bərpası Avropa Birliyinin əsas prioriteti qalır" – deyə, Van Rompey vurğulayıb.
Nail Cəlil