“Ölkə iqtisadiyyatının strateji hədəflərinə yönələn vergi siyasəti biznes üçün təşviqedici xarakter daşımalı, “kölgə iqtisadiyyatı” ilə mübarizə, ədalətli rəqabət mühitinin dəstəklənməsini davam etdirməliyik”.
Teleqraf.com xəbər verir ki, bunu İqtisadiyyat naziri Mikayıl Cabbarov "Facebook" sosial şəbəkəsindəki hesabında bildirib.
O, ötən ilin nəticələrinin də əsas göstərici olduğunu qeyd edib: “2020-ci ilin fiskal nəticələri bu tədbirlərin uğurlu olduğunu göstərir”.