“Ötən ilin yanvarında ölkəyə hər birinin dəyəri orta hesabla 11.5 min dollar olan 7 ədəd elektriklə işləyən, hər birinin dəyəri orta hesabla 5.3 min dollar olan 659 ədəd hibrid avtomobil idxal edilib. Bu ilin yanvarında hər birinin dəyəri orta hesabla 129.5 min dollar olan 2 ədəd elektriklə işləyən, hər birinin dəyəri orta hesabla 5 min dollar olan 459 ədəd hibrid avtomobil idxal edilib”.
Teleqraf.com xəbər verir ki, bunu iqtisadçı Rövşən Ağayev Dövlət Gömrük Komitəsinə istinadən deyib.
O, ay ərzində daxili yanma mühərriki ilə işləyən minik avtomobillərinin orta idxal dəyərini və sayını da açıqlayıb:
“2020-ci ilin yanvarı - 4901 ədəd və hər birinin orta idxal dəyəri 10.5 min dollar, 2021-ci ilin yanvarı - 3779 ədəd və hər birinin orta idxal dəyəri 10.8 min dollar olub.
Minik avtomobillərinin aylıq idxal həcmi 24 faiz, o cümlədən daxili yanma mühərrikli minik avtomobillərinin aylıq idxal həcmi 23 faiz azalıb.
Amma yük maşınlarının idxalında 26 faiz artım var. Çox güman, bu artım ölkədə genişmiqyaslı tikinti-bərpa işlərilə bağlıdır”.