Bu ilin yanvar-fevral aylarında qeyri-neft sektoru üzrə ixracda pambıq mahlıcı (37,1 milyon dollar) birinci yerdə olub.
Teleqraf.com bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin açıqladığı "İxrac icmalı"nın mart sayına istinadən xəbər verir.
Siyahıda qızıl (34,4 milyon dollar) ikinci, xurma isə (27,9 milyon dollar) üçüncü yerdə qərarlaşıb.