21 Aprel 2021 16:06
358
12 Punto 14 Punto 16 Punto 18 Punto

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi,Texnologiyalarda Azərbaycan Qadınları Assosiasiyası - FEMMES DIGITALES, B.EST Solutions və BLOOM GROUP birgə “İKT-də qızlar” mövzusunda konfrans təşkil edir.

Mərkəzdən Teleqraf.com-a verilən məlumata görə, konfrans “İKT-də qızlar” Beynəlxalq Gününün 10 illik yubileyinə həsr olunub.

Tədbirdə Azərbaycan, Estoniya və İngiltərədən olan və İT ilə bağlı müxtəlif sahələrdə uğur qazanan 8 peşəkar xanım bu sahədəki uğurlarını bölüşəcəklər.

Konfransda açılış nitqi ilə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin İcraçı direktoru Vüsal Qasımlı çıxış edəcəkdir. Onlayn konfransın əsas məqsədi qadınları İT sahəsilə bağlı təhsil, iş və peşə seçməyə, eləcə də İT sahəsində karyeralarını inkişafa cəlb etməkdən ibarətdir.


Müəllif: Yeganə Oqtayqızı