26 Aprel 2021 12:42
430
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Türkiyənin ABŞ-la münasibətlərinin gərginləşməsi qardaş ölkənin milli valyutasının məzənnəsinə təsirsiz ötüşmədi. Həftəyə lirə enişlə başlayıb. Doğrudur, hələlik lirənin kursunda ciddi azalmalar olmasa da, ötən həftəni dollara nisbətən 8.33 məzənnəsi ilə başa vuran Türkiyə pulu bu həftəyə 8.44 tarazlığı ilə başlayıb. Lirə sonuncu iş günü ilə müqayisədə dollara nisbətən 1 faizdən çox dəyərsizləşib”.

Teleqraf.com xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov deyib.

O bildirib ki, ABŞ Prezidenti Co Baydenin qondarma erməni soyqırımı ilə əlaqədar verdiyi bəyanat region iqtisadiyyatına da təsirsiz ötüşmür: “Amma təbii ki, belə gərgin münasibətlər yalnız qardaş Türkiyə və ya region ölkələri üçün deyil, eyni zamanda Birləşmiş Ştatların biznes dairəsi üçün də arzuolunan deyil.

Doğrudur, ABŞ qlobal iqtisadi güc statusunu qoruyub saxlayır. Amma Türkiyə ilə 26.8 milyard dollarlıq xarici ticarəti olan Birləşmiş Ştatlarda biznesin müəyyən seqmenti bu gəlirlərdən faydalanır. 14.2 milyard dollarlıq Birləşmiş Ştatlar ixracatı onun ümumi eksportu ilə müqayisədə böyük görünməsə belə, biznes gəlirləri baxımdan heç də kiçik göstərici deyil”.


Müəllif: Yeganə Oqtayqızı

Oxşar xəbərlər