23 May 2021 01:03
725
12 Punto 14 Punto 16 Punto 18 Punto

Son bir ildə İngiltərənin ən zəngin 250 milyarderinin sərvəti 16,3 faiz artaraq 658,1 milyard funt sterlinqə (9 307.503 milyard dollar) çatıb.

Teleqraf.com xəbər verir ki, “The Sunday Times” qəzetində yayımlanan "Ən zəngin insanlar -2021" siyahısına görə, ölkədəki ən zəngin 250 şəxsin ümumi sərvəti 565,7 milyard sterlinqdən (801 milyard dollar) 658,1 milyard sterlinqə (75 108,953 milyard dollar) çatıb.

Koronavirus şəraitində bu il siyahıya 24 yeni milyarder əlavə edilib. İngiltərədəki milyarder sayı 2021-ci ildən etibarən 171-ə yüksəlib. Onların ümumi sərvəti son bir ildə 21,7 faiz artaraq 597,2 milyard sterlinq (8 446,1996 milyard dollar) olub.


Müəllif: Yeganə Oqtayqızı