27 May 2021 18:23
509
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ-ın elektron ticarət nəhəngi “Amazon”un qurucusu, milyarder Ceff Bezos şirkətin baş icraçı direktoru vəzifəsini 5 iyulda tərk edəcəyini açıqlayıb.

Teleqraf.com xəbər verir ki, onun səlahiyyətlərini Endi Cessinin icra edəcək.

Bezos “Amazon”un səhmdarlar iclasında şirkətin 5 iyul 1994-cü ildə qurulduğunu xatırladıb və onun üçün vacib olan bu tarixi xüsusi seçdiyini söyləyib.

Qeyd edək ki, Endi Cessi indiyədək “Amazon”un veb-xidmətləri (AWS) arxasında beyin olaraq görülüb.


Müəllif: Yeganə Oqtayqızı