3 İyun 2021 14:23
960
12 Punto 14 Punto 16 Punto 18 Punto

Cari ilin yanvar-mart aylarında dünyada turistlərin sayı ötən ilin eyni dövrü ilə müqayisədə 183 milyon nəfər və yaxud 83 faiz az olub.

Teleqraf.com xəbər verir ki, məlumatı BMT-nin Ümumdünya Turizm Təşkilatı (UNWTO) yayıb.

Turist sayında ən böyük azalma 91 faizlə Asiya-Sakit Okeanı bölgəsində olub. Azalma dinamikasına görə növbəti yerlərdə Avropa (83 faiz), Afrika (81 faiz), Orta Şərq (78 faiz) və Amerika (71 faiz) qərarlaşıb.

Təşkilatın baş katibi Zurab Pololikaşvili peyvəndləmə müddətinin bazarda yeni ümidlər yaratdığını deyib: “Tələbdə əhəmiyyətli bir artım müşahidə edilir və bu sektora olan inam yavaş-yavaş bərpa olunur. Virus əleyhinə vaksin turizmin canlanmasında açar rolunu oynayacaq, ancaq şimal yarımkürəsində bərpa görmək istəyiriksə, testləri daha asan və əlverişli qiymətə etməli, ünsiyyət və koordinasiyanı inkişaf etdirməliyik”.

Təşkilatın yayımladığı anketə görə, mütəxəssislərin təxminən yarısı turizmdə epidemiyadan əvvəlki göstəricilərə 2024-cü ildən öncə çatılacağını gözləmir.


Müəllif: Yeganə Oqtayqızı