9 İyun 2021 14:20
576
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolu ilə daşınan yüklərin həcmi bir milyon tonu keçib.

Teleqraf.com-un məlumatına görə, bunu Türkiyənin nəqliyyat və infrastruktur naziri Adil Karaismailoğlu deyib.

Nazir bildirib ki, "Orta dəhliz" kimi tanınan BTQ və İpək yolu dəmiryol xətləri ilə daşımalar artmaqda davam edir:

"Bu günədək 6 814 vaqonda 8 377 konteyner vasitəsilə 393 min yük ixrac edilib, eyni zamanda 9 465 vaqonda 614 min ton yük idxal edilib".

Nazir bildirib ki, bu ilin yanvar-may aylarında BTQ ilə yük daşımaları ötən ilin eyni dövrü ilə müqayisədə 19 faiz artaraq 280 min tona çatıb:

"Bu marşrutla Gürcüstan, Qazaxıstan, Türkmənistan, Çin, Azərbaycan, Özbəkistan, Rusiya, Qırğızıstan və Tacikistan ixrac daşımaları artıb. Bu ilin ilk beş ayı ərzində 64 min ton yük ixrac olunub".


Müəllif: Teleqraf.com