Dövlət Sosial Müdafiə Fondu (DSMF) pensiyaların veriləcəyi tarixi açıqlayıb.
Fonddan Teleqraf.com-a verilən məlumata görə, sentyabrın 8-də Bakı və Sumqayıt şəhərləri, eləcə də Abşeron rayonu üzrə pensiyaların ödənişinin həyata keçirilməsi nəzərdə tutulub.
Qeyd edək ki, güzəştli şərtlərlə pensiya hüququna malik pensiyaçılar istisna olmaqla proses həyata keçiriləcək.