18 Noyabr 2021 22:42
979
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyə lirəsi bu gün kəskin ucuzlaşaraq yeni rekorda imza atıb.

Teleqraf.com xəbər verir ki, Türkiyə pul vahidinin dollara qarşı məzənnəsi gün ərzində 4,5 faizədək azalaraq 11,1 TL/USD təşkil edir.

Günorta saatlarında Mərkəzi Bank həftəlik repo (qiymətli kağızları girovu ilə qısamüddətli borclanma) hərraclarında faiz dərəcəsinin 16-dan 15-dək azaltdıqlarını bəyan edəndən sonra lirənin ucuzlaşması daha da sürətlənib.


Müəllif: Teleqraf.com