30 Noyabr 2021 12:42
659
12 Punto 14 Punto 16 Punto 18 Punto

"SOCAR Ticarət topdan və pərakəndə halda maye yanacaq, hava və dəniz vasitəsilə yanacaq satış sahələrində fəaliyyət göstərir. 9 hava limanı, 2-ci Şimal Mərmərə şosesi, 2-ci Əliağa, 1-Yalova RO-RO Gömrük Terminalı olmaqla 14-ü SOCAR, 76-sı isə diler olmaqla ümumilikdə 90 yanacaqdoldurma məntəqəsi ilə yanacaq paylama sektorunda demək olar ki, Türkiyənin hər yerində istehlakçılara xidmət göstərirlər".

Teleqraf.com xəbər verir ki, bunu Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Türkiyədəki törəməsi "SOCAR Turkey Enerji A.Ş" nin baş icraçı direktoru Zaur Qəhrəmanov deyib.

Zaur Qəhrəmanov qeyd edib ki, pərakəndə yanacaq satış fəaliyyəti istiqamətində Türkiyənin nəhəng layihələrində iştirak etmək strategiyasına uyğun olaraq istehlakçıların yanacaq ehtiyacını ödəmək üçün SOCAR-ın 9 yeni yanacaqdoldurma məntəqəsi fəaliyyətə başlayıb: "SOCAR illik sərnişin tutumu 200 milyon nəfər olan dünyanın ən böyük hava limanında həm hava sahəsindəki avtomobillərə, həm də istehlakçılara ümumilikdə 16,280 kvadratmetr sahədə xidmət göstərir".


Müəllif: Yeganə Oqtayqızı