“2022-ci ildə Lerik rayonunun yeddi kəndinin qazlaşması nəzərdə tutulub”.
Teleqraf.com xəbər verir ki, bunu Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) “Azəriqaz” İstehsalat Birliyinin baş direktor Ruslan Əliyev deyib.
O bildirib ki, rayonun digər kəndlərinin qazlaşmasına növbəti ildə baxıla bilər: “Artıq 2022-ci ilin planı təsdiq olunub. Söz verə bilmərik ki, qaz olmayan kəndləri də qazlaşdıracağıq. Bu zaman plandan kənara çıxmış olarıq. Qazlaşma layihə ilə olmalıdır. Əhali deyirsə ki, qazlaşmanı özü edəcək, bu, sadə bir iş deyil. Bilsələr ki, daşıyıcı, eləcə də yüksək təzyiqli kəmərlərin çəkilməsi üçün adambaşına nə qədər vəsait düşür, ona heç bir əhali yaxın durmaz. Bir sözlə, bu, kənd sakinin gücü çatası bir iş deyil”.